Azərbaycanlıların və ermənilərin oxuduqları kitab
Hər bir şəxsin öz dili və yazı üslubu var. Sözlərdən istifadə edərək fikirlərimizi qidalandırmağa çalışırıq. Bəndəniz də müxtəlif obrazlarla və ifadələri seçməklə çatdırmaq istədiyim fikirləri izhar edirəm.
“İqtisadiyyatda insan dəyəri” adlı kitabımda təbii resursların ölkə iqtisadiyyatında yaratdığı gücü, iqtisadi hərarətlənməni və iqtisadi artımı “Eybəcər İqtisadi Artım” olaraq ifadə etmişdim. Bu ifadənin məna yükü ondan ibarətdir ki, iqtisadi artım tarazlı və davamlı yox, eybəcər də ola bilər. Demək, hər iqtisadi artım inkişaf və davamlı böyümə vəd etmir.
Məsələn, neft hasilatını həyata keçirən ölkə təkcə bununla ölkə miqyasında iqtisadi artımı təmin edir, eyni zamanda ekoloji balansın pozulmasına da “tövhə” verə bilər. Neft çıxaran ölkə həm də dənizə neft tullantıları da axıtması da mümkündür. Neft hasil edib böyük gəlir əldə edən ölkə ətraf mühitə tullantıların miqdarına da qonaq etməsi da istisna edilmir və s.
Hazırda Gədəbəy də etirazçıların əsas motivləri qızıl yataqlarından hasilatı aparan şirkətin suya tullantı miqdarının artırmasına hesabına çirkənlənmiş suyun təkcə flora və faunaya deyil, hətta insan həyatı üçün də təhlükə mənbəyi olduğunu kütləvi olaraq deyirlər.
Məzh buna görə etiraz edirlər. Yerli icra qurumları bu təşəbbüskar insanlara problemin görüb xəbər etdikləri üçün onlara minnətdarlıq bildirmək yerinə onların danışan ağızlarına daş basırlar.
Bunu görən Erməni vətəndaşları oxşar etirazını sabah Kəlbəcərin “Söyüdlü” qızıl yatağında görüb etiraz etsə, onu gözləyən təhlükədən öz dərsini indidən çıxarmış olacaq. Demək Gədəbəydə vətəndaşlara olan basqıçı münasibət Qarabağdakı sülh sazişi üçün riskyaradıcı tərəfi də var.
QHT Şurasının patronajlığı ilə ayaqda duran, mövcud olan və inkişaf edən bəzi vətəndaş cəmiyyəti sektorunun üzvləri Laçın yolunu bağlayan zaman tələblər irəli sürmüşdülər. Aksiya 2 aydan çox ölkə gündəmində oldu. Guya vətəndaş cəmiyyəti narahat olurmuş kimi israrlı mövqe ortaya qoyurdu. Onlar hansı polis, sülhməramlı qüvvələr dağıtdı? Onlara qarşı kim zor tətbiq etdi? Heç kim!
Amma kəndinin içində mədən sənayesində hasilat işlərini həyata keçirməsi nəticəsində onun ailə büdcəsinə 1 qəpiklik xeyri olması bir yana, hətta içməli suyuna belə real təhlükə (18 nəfərin məzh bu səbəbdən dünyasın dəyişməsi) törətməsinə görə etiraz bildirən minlərlə insana qarşı kopud güc tətbiq etmək ikili münasibətdir.
İndi region elə bir müstəviyə gəlib ki, daha hər kitabı 2 tərəfdən oxunur. Azərbaycanlılar kimi, ermənilər də bu kitabdan öz səhifələrin oxuya bilirlər. Qərarlar veriləndə, addımlar atılanda heç olmasa bu başa düşün...
Gədəbəydə iştirak edən etirazçıların sosial tərkibinə diqqət etdiniz? Mən müşahidə etdim ki, onların içərisində əmək qabiliyyətli insanların və kişilərin sayı yox səviyyəsindədir. Bu həmdə onu göstərir ki, bu kənddə yerləşən zavod belə işləyən yerli əhalini işlə təmin etməyib.
Kəndində qızıl zavodu olan kənd insanı qonşu ölkələrdə bəlkə də kömür yataqlarında qara fəhlə işləyir...
Qızınmayıblar istisinə, kor olublar tüstüsünə...
Məmməd Talıblı, iqtisadçı və İqtisadi Təhlil İnstitunun rəhbəri
"Paralel.az"