Rusiyada hərbi texnikalar şəhərin mərkəzində, generallar müraciət etdi - Nə baş verir? - VİDEO

Rusiyada hərbi texnikalar şəhərin mərkəzində, generallar müraciət etdi - Nə baş verir? - VİDEO
 

Rusiya hökuməti Moskvaya ağır hərbi texnika gətirərək Rostova gedən magistral yolu bağlayıb.

Paralel.az verir ki, bununla bağlı sosial şəbəkənin Rusiya sementində görüntülər yayılıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Moskva departamenti həyəcan təbili çalıb.

Eyni zamanda, rusiyalı general Sergey Surovikin "Vaqner" rəhbəri Yevgeni Priqojinə müraciət edib:

“Biz eyni qandanıq, döyüşçüyük, düşmən ölkədə daxili siyasi vəziyyətin pisləşməsini gözləyir, düşmənin əlində oynamaq olmaz”.

Bundan əlavə teleqramda həmçinin RF Silahlı Qüvvələri Baş Qərargahı Baş İdarəsinin rəisinin birinci müavini, general-leytenant Vladimir Stepanoviç Alekseyevin "Vaqner"ə müraciəti yer alıb.

FTX də öz növbəsində "düzəlməz səhvlərə yol verməməyə, Rusiya xalqına qarşı hər hansı zorakı hərəkətləri dayandırmağa, Priqojinin cinayətkar və xain əmrlərini yerinə yetirməməyə, onun saxlanılması üçün tədbirlər görməyə" çağırıb.

"Vaqner" komandirləri isə bəyanat yayıb:

"Biz ən perspektivli siyasətçiyə sadiq qalırıq və onun istənilən əmrini yerinə yetirəcəyik. Nə FTX, nə də Surovikin nəyə başlamışıq dayandıra biləcək".

Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib. Priqojin bunun qisasını alacağını açıqlayıb. Rusiya MN isə onun ittihamını təkzib edib. Bundan sonra Rusiya Priqojinə silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb.

 

 

0.012935161590576