Bələdiyyə sədri ilə seneqallı satıcı arasında güldürən dialoq - VİDEO

Bələdiyyə sədri ilə seneqallı satıcı arasında güldürən dialoq - VİDEO
 

Türkiyənin İstanbul şəhərinin Güngörən bölgəsində bələdiyyə sədri ilə turist arasında maraqlı dialoq yaşanıb.

Paralel.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Güngören bələdiyyə sədri Bünyamin Dəmir küçə ticarəti ilə məşğul olan seneqallı turistlə rastlaşıb.

O, turistə “Polis getdi, sən gəldin, elə deyilmi” sualını verib. Satıcı da onun dediklərini təsdiqləyib.

B.Dəmir satıcıya ərazinin bələdiyyə sədri olduğunu dedikdən sonra hər ikisi gülməyə başlayıblar.

Bələdiyyə sədri sözügedən anları sosial şəbəkə səhifələrində paylaşıb.

Həmin görüntülər rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Bünyamin dəmir sosial şəbəkələrdən aktiv istifadə edir. Onun instaqramda 350 mindən çox izləyicisi var.

 

0.020192861557007