Hərbi ekspert: Ukrayna Tatarıstanı vura bilər

Hərbi ekspert: Ukrayna Tatarıstanı vura bilər
 

Ukrayna Rusiyanın Tatarıstanda dron istehsalı yaratmaq cəhdlərini izləyir. 

Paralel.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Oleq Jdanov “idelreal”a müsahibəsində bildirib.

“İranlı mütəxəssislərin Tatarıstanda dron istehsalı zavodu tikdiyi barədə məlumatlar var. Açıq mənbələrə görə, zavodun ilkin istismara verilməsi və ya işə salınması 2024-cü ilin əvvəlində gözlənilir...”, - deyə o bildirib.

Onun sözlərinə görə, elan edilmiş PUA istehsalına başlanacağı təqdirdə Tatarıstan Ukrayna üçün qanuni hərbi hədəfə çevrilə bilər.

0.022066116333008