Qonşu ölkədə dollar və avro KƏSKİN BAHALAŞDI

Qonşu ölkədə dollar və avro KƏSKİN BAHALAŞDI
 

Rusiya Federasiyası Mərkəzi Bankı dolların rəsmi məzənnəsini 24 qəpik, avronun rəsmi məzənnəsini isə 27 qəpik bahalaşdırıb.

Paralel.az xəbər verir ki, Amerika valyutası 84,23 rubla yüksəlib, Avropa valyutasının dəyəri isə 2022-ci ilin aprelindən bəri ilk dəfə 92 rublu ötərək 92,07 rubl təşkil edib.

Dolların və avronun dəyəri 2022-ci ilin fevral ayının sonu və martın birinci yarısında artıb. Fevralın 22-də Amerika valyutasının rəsmi məzənnəsi 76 rubl 76 qəpik olub, martın 2-də isə 1998-ci il nominalından sonra ilk dəfə olaraq 100 rublu ötüb. Avronun məzənnəsi ilk dəfə fevralın 28-də yüz rubl həddini keçib. Martın 11-də 1 avro 132 rubl 95 qəpik, 1 dollar isə 120 rubl 60 qəpik olub.

0.015988111495972