"Potensial rəqiblər barədə zərrə qədər də düşünmürəm" - Qurban Qurbanov

 

Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqibləri barədə danışıb.

Qol.az xəbər verir ki, təcrübəli mütəxəssis "CBC Sport" kanalına açıqlamasında potensial rəqiblərlə ciddi maraqlanmadığını deyib: "İnanın ki, heç zərrə qədər düşünmürəm. Hətta bir neçə gün əvvəl də bir dəfə maraqlandım. Göndərdilər ki, potensial rəqiblərimiz bunlardır. Sadəcə yüngül maraqlanmışam. Belə fikir vermədim. Gözləyəcəyik. İnşallah, xeyirlisi olsun. Rəqib müəyyənləşəndən sonra diqqətimizi tam olaraq o komandaya yönəldəcəyik".

Qeyd edək ki, ÇL-in 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi sabah keçiriləcək və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. "Qarabağ"ın potensial rəqibləri “Linkoln Red İmps” (Cəbəllütariq), “Ki Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakov” (Polşa), “Partizani” (Albaniya), “Hakken” (İsveç), “Farul”(Rumıniya), “Valmiera” (Latviya), “Balkani” (Kosovo), “Larn” (Şimali İrlandiya), “Hamrun Spartans” (Malta), “Svift” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya), eləcə də 4 komandanın (“Buduçnost” (Monteneqro), “Breydablik” (İslandiya), “Tre Penne” (San Marino),  “Atletik”in Andorra)  iştirakı ilə keçiriləcək ilkin mərhələnin qalibidir. 

Xatırladaq ki, 1-ci təsnifat mərhələsinin oyunları isə 11/12 iyul və 18/19 iyulda keçiriləcək. “Qarabağ” bu mərhələni keçəcəyi halda 2-ci mərhələdə də “səpələnmişlər” səbətində yer alacaq. İkinci mərhələnin püşkatma mərasimi isə iyulun 21-də keçiriləcək.

Paralel.az

0.015946865081787