Ucarda komxozun 59 nəfər işçisi işdən çıxarılıb - Müdriyyətə pul vermədiyinə görə - Şikayət...
Ucar rayonunda 59 nəfərin qanunsuz olaraq işindən çıxarılmasını araşdıran yoxdur, əmək müqaviləsinə xitam verilməsinə dair əmirlər onlara təqdim edilmir. İşdən çıxarılanlar əmri almaq üçün müarciətlər edib.
İşdən çıxarılan 59 nəfər Ucar sakini 2019-cu ildə “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına (komxoza) işə qəbul ediliblər.
2023-cü ilin aprel ayında isə, onları qanunsuz işdən çıxarılıblar. İşdən çıxarılmanın əsas səbəbi kimi, Məşğulluq Agentliyinin Ucarda 24 noyabr, 05 və 15 dekabr 2023-cü il tarixlərdə monitorinq apardığı, o zaman işdən çıxarılan 59 nəfərin işdə olmadığı göstərilir.
Bu cür kütləvi işdənçıxmanın korrupsiya əməlilə bağlı olduğunu subut etmək çox asandır.
“DOST” İş Mərkəzinin müqaviləsi ilə Ucarda komxozda 350 nəfər işləyir, komxozun özünün isə 70 nəfər işçisi var. Bunu bütün Ucar rayon sakinləri bilir ki, 450 dən çox işçisi olan komxozun hər gün 70 nəfəri təmizlik işi aparırlar. Qalan 400 nəfərə yaxın işçi aylıq haqq verir deyə işə gəlmir. Onlar işə çıxmadıqları halda, həmin adamlara qanunsuz davamiyyət yazılır və hər ayda maaş alırlar.
Ucara yoxlama gələndə, aylıq pul alan birqadirlər və müdir onlara xəbər edir ki, tez gəlin, gözə görünün, yoxlama gəlib.
Onların arasında elələri var ki, Ucardan kənarda alver edir. Komxozun rəhbərliyi yoxlamanı da pul verib razı sala bilir deyə, həmin aylıq pul verənlər barədə tədbir görülmür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, DOST Agentliyinin rəhbəri Fərid Məmmədov və “DOST” İş Mərkəzinin direktoru Firudin Cəbrayılovun hər birinə müraciət edib xahiş etmişəm kİ, 24 noyabr, 05 və 15 dekabr 2023-cü il tarixlərində Məşğulluq Agentliyi tərəfindən Ucarda aparılmış monitorinq zamanı çəkilmiş videoya mənim və digər şəxslərin iştirakı ilə baxılsın.
Ancaq müsbət cavab verilməyib. Çünki həmin yoxlama zamanı təxminən 400 nəfər işdə olmayıb. Monitorinq zamanı çəkilmiş videoya baxanda hər şey aydın görünür. Həmin 59 nəfər monitorinqin nəticəsinə görə işdən çıxarılıb. Əslində, 59 nəfər işdən çpxarılanlar hər gün işə çıxıb, müdriyyətə aylıq pul verməyənlərdir. Sadəcə, yoxlama saat 11-də gəlib deyə, onları görməyib.
Çünki dünyanın hər yerində olduğu kimi, Ucarda da təmizlik işləri cəmiyyət yuxudan oyanmazdan əvvəl səhər saat 6-dan başlayır. Bu insanlar səhər saat 6-dan 10-a kimi işləyib, işdən gediblər. Komxozun müdiri və birqadirlər isə aylıq pul verib işə gəlməyənləri müdafiə ediblər.
Bir daha qeyd edirəm ki, monitorinq zamanı çəkilmiş videoya baxılsın, həmin günü işdə təxminən 400 adam olmayıb, ancaq 59 nəfər hər gün işdə olduğu halda, müdirə pul vermədiklərinə görə, işdən çıxarılıblar.
Bu hadisə bir qrup Ucar rayon Kommunal Xidmət Kombinatında işləyən vəzifəli şəxslərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sisteminin rəhbərliyilə əlbir olub etdikləri cinayət əməlidir.
Bu hadisəni törətməkdə əsas məqsəd isə odur ki, işdən çıxardıqları 59 məfər adamların yerinə pul alıb, yeni adamları işə qəbul edib, onlardan aylıq pul alsınlar.
Göyçay rayonunda “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə işləyənlərin çoxu işdən çıxarıldı, ancaq rəhbərliyin işə qarışması bunun qarşısın aldı. Həmin adamların əmək müqavilələrinə xitam verilmişdi, son haqq hesablarını da almışdılar. Ancaq rəhbər buna imkan vermədilər. Ucarda isə Mənsur Məmmədov bu oynu quranlarla əlbirdir.
Fuad Hüseynov jurnalist - DİA.AZ
Paralel.az