Rusiyadan Bakı-İrəvan danışıqları, dəhliz barədə AÇIQLAMA

Rusiyadan Bakı-İrəvan danışıqları, dəhliz barədə AÇIQLAMA
 

“Hamı başa düşür ki, Azərbaycan və Ermənistan arasında sülhə alternativ yoxdur. Sülhə nail olmağın ən yaxşı yolu isə insanlara qarşılıqlı sülh imkanı yaratmaq, ümumi yol çəkmək lazımdır ki, bu yolla insanlar gedəcək və yüklər daşınacaq. Yolların açılması normal həyata dönüşə, ticarətə şərait yaradacaq ki, bu da tədricən köhnə incikliklər arxa plana keçirəcək”.

Paralel.az ” xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk “tass”a müsahibəsində deyib.

O söyləyib ki, bununla əlaqədar olaraq üçtərəfli işçi qrupu özünəməxsus münasibətlər formatı işləyib: “Zamanında eyni ölkədə olmağımız, eyni dərsliklərlə oxumağımız, eyni filmlərə baxmağımız, eyni yumoru başa düşməyimiz və buna görə də insan səviyyəsində ortaq dil tapmağımız çox kömək edir. Bu qeyri-maddi dəyərdir və proseslərin irəli getməsinə ümid yaradır və kömək edir. Qrupumuzun işi haqqında düşünərək siz başa düşürsünüz ki, bizim ümumi Avrasiya evimizdə sülh üçün bütün postsovet məkanında bu ümumiliyi itirməmək və gələcək nəsillərə ötürmək nə qədər vacibdir”.

Əlavə edib ki, burada ən böyük problem inamdır: “Məhz buna görədir ki, danışıqlar ləng gedir. Çünki yollar açıldıqdan sonra bu yollarla azərbaycanlılar, ermənilər və başqa ölkələrin vətəndaşları hərəkət edəcək. Onların təhlükəsizliyi necə təmin olunacaq? Bu gün bizim birlikdə cavab vermək istədiyimiz əsas sual budur ki, başqa ölkənin ərazisində bu insanların başına pis heç nə gəlməyəcəyinə əmin olaq”.

Overçuk qeyd edib ki, sənəd layihəsi onların səviyyəsində hazırlanıb və demək olar tamamilə razılaşdırılıb: “Amma burada bəzi məsələlər üzərində işləmək lazımdır. Əsas məsələ isə azərbaycanlıların və ermənilərin sərhədi keçərkən bir-biri ilə necə qarşılıqlı əlaqə qurması üzərində işləmək lazımdır. Əlbəttə ki, bu gün informasiya texnologiyalarına arxalanmaqla çox şey etmək olar və belə həll yolları mövcuddur. Dünyanın başqa yerlərində bu həll yolları uğurla tətbiq olunur, onları təhlil etməyə başlayanda bizim vəziyyətimizə tam uyğun gəlmir”.

Kommunikasiyaların konkret olaraq nə zaman açılması ilə bağlı məsələyə aydınlıq gəritən Overçuk deyib ki, bu suala hələ heç kim dəqiq cavab verə bilməz: “Ermənistan üçün bu dəmir yolunun açılması, bu ölkənin blokunun açılması baxımından əsas əhəmiyyət kəsb edir. Ermənistan rəhbərliyi ən qısa zamanda özünü blokdan çıxarmağa çalışır. Azərbaycan rəhbərliyinin də simmetrik qayğısı var, o da öz ölkəsinin qərb rayonları ilə Naxçıvan arasında ən qısa zamanda birbaşa və rahat nəqliyyat əlaqəsi yaratmağa çalışır. Bundan əlavə, dəmir yolunun İran və Türkiyəyə daha da uzanacağı göz qabağındadır ki, bu da onu Avrasiyanın ən mühüm nəqliyyat marşrutlarından birinə çevirəcək. Amma təbii ki, sənədin imzalanmasının sürətləndirilməsi naminə heç kim insanların və malların təhlükəsizliyi məsələsini ikinci yerə qoymayacaq. Bu, kilidin nə vaxt açılacağı sualına hələ cavab vermək çətindir”. 

Overçuk onu da bildirib ki, sərhəddə baş verən toqquşmalar danıqşılar prosesini ləngidir: “Belə şəraitdə kommunikasiyaların açılması istiqamətdə işləmək çox çətin olur”. 

0.01415491104126