Vardanyandan sonra Paşinyan "qara siyahı"ya əlavə edildi 

Vardanyandan sonra Paşinyan
 

Ermənistanın baş naziri Nikol Paşinyana “Sülhməramlı” Mərkəzin (Миротворец) sanksiya bazasına daxil edilib.

Paralel.az xəbər verir ki, onun adı Ukrayna məlumat bazasında Rusiya təcavüzünün ortaqları siyahısına daxil edilib. 

Səbəb kimi Paşinyanın “Ukraynaya qarşı humanitar təcavüz aktlarında iştirakı” və “Rusiya təcavüzünə açıq bəraət qazandırması” göstərilir.

Bundan əvvəl Kremlin himayədarı Vardanyan "Sülhməramlılar" bazasına əlavə edilib.

Məlumata görə, o, “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi siyahıda yer alıb.

0.014002084732056