Elə başqaları da onun kimi... - politoloq Ərəstun Oruclu
Tərtərdə və Gəncədə ağır ittihamlarla mühakimə olunmuş onlarla günahsız həmvətənimizə çıxarılan saxta hökmləri "Ali Məhkəmədə" təsdiqləmiş "hakimlərdən" birinin - 57 yaşlı İlqar Qılıcovun səhhətində ciddi problemlər yaranıb.
Tam səmimi olaraq İlqar Qılıcova Allahdan şəfa diləyir və ona uzun ömür arzulayıram, çünki törətdiyi əməllərə görə ilk növbədə qanun və xalq qarşısında cavab verməlidir hələ. Elə başqaları da onun kimi.
Xatırladım ki, "Ali Məhkəmədə" həmin saxta hökmləri təsdiqləmiş "hakimlərdən" biri də İnqilab Nəsirov olub. İnqilab Nəsirova nəsə arzulamaq artıq gecdir, çünki o, 2021-ci ildə 57 yaşında ölüb. Odur ki, eyni arzuları bu işlərdə üçüncü olmuş Əziz Seyidova da ünvanlayıram.
"Paralel.az"