"...Elə faktlara rast gəlirik ki, təəssüflənirik" -İradə Musayeva

 

Fəlsəfə doktoru İradə Musayeva yazır:

Bəzən ideallaşdırdığımız adamların həyat və fəaliyyətində elə faktlara rast gəlirik ki, təəssüflənirik... Məsələn, mətbuat fədaisi, böyük ziyalı Haşım bəy Vəzirovun (1910-1915-ci illərdə 100-ə qədər müxtəlif məzmunda, həcmdə və tərtibatda kitab çapdan buraxmışdır) "Molla Nəsrəddin" və C.Məmmədquluzadəyə münasibəti heyrət doğurur.
Ə.Mirəhmədov yazırdı ki, H.Vəzirovun ətrafına cəmləşən müəlliflərdən bir qisminin “Molla Nəsrəddin” jurnalını, şəxsən C.Məmmədquluzadəni görməyə gözü yox idi. Onlardan hər kimi “Molla Nəsrəddin”i tənqid edirdisə, Haşım bəy dərhal onu öz qanadı altına alıb, müdafiə edirdi.
Naşir və redaktor H.Vəzirov böyük xalq şairi M.Ə.Sabirlə də bir o qədər yaxşı rəftar etmirdi. Sabir onun haqqında bir neçə satirik şeir-taziyanə yazmışdır.
Taziyanələrindən birində şair
onun dilindən deyir:
“Sanma bir məsləki təqiblə möhkəm qalaram,
Əlli arxm suyunu gündə bir arxa çalaram.
Kefimin gəlməsinə bax, nə gərək yaxşı, yaman
Mən gəhi mixi, gəhi nəli döyüb tapdalaram”

"Paralel.az"

 

0.042052984237671