Azərbaycanda etilen və polietilen istehsalı kəskin artıb - CƏDVƏL

Azərbaycanda etilen və polietilen istehsalı kəskin artıb - CƏDVƏL
 

Bu ilin yanvar-may aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 847,4mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 16,5%, kimya sənayesi məhsullarının istehsalı 8,9% artıb, əczaçılıq məhsullarının istehsalı isə 16,4% azalıb.

Məlumata görə, hesabat dövründə kimya sənayesi məhsullarından etilen istehsalı 69,9%, polietilen istehsalı 66,7%, propen (propilen) istehsalı 58,1%, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 2,5 dəfə, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 41,7%, plastmas çubuqlar, millər və profillərin istehsalı isə 21,6% artıb.

Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:

 

 

Məhsul növləri

2023-cü ilin yanvar-may aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə

nisbətən, faizlə

01.06.2023-cü

il vəziyyətinə hazır məhsul ehtiyatı

Kimya sənayesi məhsulları

Təsirsiz qazlar, min kub metr

21256,4

145,8

35,4

ondan:

 

 

 

azot, min kub metr

9977,3

106,4

31,0

Lak-boya məmulatları, ton

12851,1

117,9

161,8

Qeyri-üzvi kimyəvi maddələr, min ton

 

13520,0

 

140,7

 

5750,0

ondan:

 

 

 

yod, ton

82,5

127,7

34,3

Üzvi kimyəvi maddələr, min ton

388,9

105,7

34,6

ondan:

 

 

 

etilen, min ton

76,1

169,9

0,8

propen (propilen), min ton

67,2

158,1

0,8

metanol (metil spirti), min ton

170,3

74,0

24,6

Etil spirti, min dkl

13,1

100,8

37,9

Gübrə və azot birləşmələri, min ton

 

151,5

 

62,0

 

41,8

ondan:

 

 

 

karbamid, min ton

151,5

62,1

41,6

İlkin formada plastik kütlə, min ton

 

142,0

 

169,0

 

31,6

ondan:

 

 

 

polietilen, min ton

75,2

166,7

14,1

Yapışqan və yapışdırıcı maddələr, min ton

 

40,3

 

95,0

 

4,5

0.029874801635742