Tanınmış səyyahlar İstisu və Laçında olubar

Tanınmış səyyahlar İstisu və Laçında olubar
 

Qarabağda dördgünlük səfərdə olan məşhur səyyahlar Kəlbəcərin Zülfüqarlı kəndində yerləşən İstisuda olublar.

Paralel.az xəbər verir ki, səyyahlara İstisu və işğal zamanı ermənilərin torpaqlarımızda, o cümlədən, Kəlbəcərdə törətdikləri vəhşiliklər barədə məlumat verilib.

Daha sonra səyyahlar Laçın şəhərinə gəlib, burada aparılan tikinti-quruculuq işlərinin şahidi olub, Laçına köç edən ailələrlə söhbət ediblər.

Qeyd edək ki, iyunun 14-də dünya şöhrətli səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri başlayıb. Nümayəndə heyəti 4 gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcək.

Səfər dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı tərəfindən təşkil olunur.

0.011338949203491