Ermənistan Laçın keçid məntəqəsini atəşə tutub - VİDEO

Ermənistan Laçın keçid məntəqəsini atəşə tutub - VİDEO
 

Paralel.az rəsmi mənbələrə istinadən xəbər verir ki, bu gün həm sərhəddə, həm də Qarabağda atəşkəs pozulub. Azərbaycan tərəfi bildirir ki, Laçındakı nəzarət-buraxılış məntəqəsinə atəş açılıb.

Erməni tərəfi isə o istiqamətdə hərbçilərin Azərbaycan bayrağını Ermənistan ərazisində dalğalandırmaq məqsədilə irəliləməyə cəhd göstərdiyini bildirir. Hər iki tərəfdə bir hərbçi yaralanıb. Ermənilər iddia edir ki, rəsmi Bakı Laçın dəhlizi ilə istənilən humanitar daşımalara qadağa qoyub.

Azərbaycan XİN isə Ermənistanı erməni sakinlərin sərhəd buraxılış məntəqəsindən təhlükəsiz, sərbəst keçidinə maneçilik törətməkdə, bunu həzm edə bilməməkdə günahlandırır.

Azərbaycan mənbələri bildirir ki, Azərbaycan hərbçisini yaralamış Ermənistan Silahlı Qüvvələrinin 2 snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib. Bu da o deməkdir ki, iki erməni hərbçisi öldürülüb.

Hal-hazırda Laçındakı nəzarət-buraxılış məntəqəsində avtomobillərin keçidinin dayandırıldığı bildirilir.

Azərbaycan hərbçiləri Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycan bayrağını körpünün digər istiqamətində qaldırarkən onlara Ermənistan tərəfindən atəş açılır.

Hazırda Zəngilanda dövlət sərhəddində atəşkəsin pozulduğu və lokal döyüşün getdiyi bildirilir. Qarşı tərəfin artilleriyadan və PUA-lardan istifadə etdiyi deyilir.

Şahnaz

0.016624927520752