Avropa İttifaqı aprel ayından Ukraynaya 900 milyon avro dəyərində mərmi tədarük edib - Cozep Borrell
Bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə görüşündə deyib.
“Bu, döyüş sursatları tədarükü planımızın birinci hissəsidir. Biz iyulun sonuna kimi Avropa Müdafiə Agentliyinin təşkil etdiyi yeni sursatların birgə alınması üçün müqavilələr imzalayacağıq”, - Borrell bildirib.
"Paralel.az"