Bu cərimələr silinsin, məsuliyyətsizlik olub – Deputat

Bu cərimələr silinsin, məsuliyyətsizlik olub – Deputat
 

Vaxtı ilə avtomobillərə tətbiq olunan cərimələrin ödənilməməsi, indi ciddi problem yaratdığından avtomobil cərimələrinin silinməsi ilə bağlı amnistiya verilsin.

Paralel.az ” xəbər verir ki, bunu deputat Vüqar İsgəndərov parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qazi və veteranlar avtomobil alarkən onların cəriməsinə diqqət yetirmədiyindən cərimələr artmaqda davam edib: “Hətta elə qazi tanıyıram ki, onun cəriməsi 67 min manatadək artıb. Düzdür, burada şəxsi məsuliyyətsizlik olub. Vaxtında SMS-lərə diqqət yetirməyib. Amma bu hazırda ciddi problemə çevrilib”.

Deputat əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr 5 il müddətindən sonra qüvvədən düşür: “Amma bu müəyyən vaxt aldığından problemlər qalmaqdadır. Bu məsələ DİN, QHT, qazi və veteranların iştirakı ilə müzakirə edilib. Hesab edirəm ki, problemin aradan qaldırılması üçün cərimələrin silinməsi ilə bağlı amnistiya verilsə, yaxşı olar. Bundan sonra cərimə olarsa, onu qazi və veteranlar vaxtında ödəyər”.

O eyni zamanda şəhid, qazi və veteranların işə qəbulu zamanı blanklarda xüsusi bölmənin müəyyən edilməsini təklif edib: “Bu bölmənin olması, həmin təbəqənin işə qəbulda işlərini asanlaşdırar”.

 

0.011900186538696