Taksi sürücüsü 1 saatda milyonçu oldu - BANKIN SƏHVİ...

Taksi sürücüsü 1 saatda milyonçu oldu - BANKIN SƏHVİ...
 

Braziliyada yaşayan 58 yaşlı taksi sürücüsü Antonio Pareiranın başına maraqlı hadisə gəlib. 

"Paralel.az" bildirir ki, onun bank hesabına birdən-birə 21 milyon dollar yüklənib.

Hesabında cəmi 37 sterlinq pulu olan sürücü çaşqınlıq yaşayıb.

"O qədər sıfırları ard-arda görəndə qorxdum. Ömrümdə o qədər pulum olmayıb və olmayacaq. Evə getdim, arvadıma dedim. O da dərhal "qaytarmalısan" dedi".

Banka gedib məsələyə aydınlıq gətirmək istədim. Heç demə, bank başqa bir banka köçürmə edərkən yanlışlıqla 21 milyon dolları mənim hesabıma köçürüb. Bir saatın içində həm milyonçu oldum, həm də yenidən kasıbladım", - sürücü bildirib.

0.016942024230957