Ukraynanın keçmiş prezidentinə sanksiya tətbiq edildi

Ukraynanın keçmiş prezidentinə sanksiya tətbiq edildi
 

Kanada Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə, eləcə də Rusiyanın yeni regionlarında hökumət rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

Paralel.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sanksiyalar həmçinin Krım və Xerson vilayətinin Mədəniyyət Nazirliyinə, Zaporojye və Xerson vilayətlərinin təhsil nazirliklərinə, eləcə də Rusiyanın yeni bölgələrindəki bəzi muzeylərə qarşı tətbiq edilib.

Bundan əvvəl Kanadanın baş naziri Castin Trüdo Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını dəstəklədiyi iddiası ilə Kanada hakimiyyətinin 24 şəxs və 17 təşkilata sanksiya tətbiq etmək qərarını açıqlamışdı.

0.014309167861938