Ali Məhkəmənin sədri, Məhkəmə Hüquq Şurasının üzvü İnam Kərimova

Ali Məhkəmənin sədri, Məhkəmə Hüquq Şurasının üzvü İnam Kərimova
 

Məhkəmə hüququna icra hakimiyyətinin, məhkəməninqadağasını götürmək diləyi ilə

Ali Məhkəmənin sədri, Məhkəmə Hüquq Şurasının üzvü İnam Kərimova

Konstitusiyanın 57-ci maddəsi ilə təminat verilən müraciət etmək hüququndan yararlanmağın necə təhlükə olduğunu Sizə media araçılığı ilə üz tutan , torpağımıza düşmən saldırısıbaşlanan ilk gündən Elmlər Akademiyasının aspiranturasında təhsilini , elmi işini atıb, iki körpə uşaqlı ailəsini Allahın ümidinə qoyub , Qarabağ uğrunda savaşa qatılan , bu yolda şərəfli Qarabağ qazisi adını qazanan bu sətirlərin yazarı özüzərində çox sınayıb . Amma Sizə müraciətdən çəkinmirəm, hər ayın ikinci həftəsinin birinci bazar ertəsi günündə gerçəkləşən qəbulunuza (bu ay 12.06.2023-cü ilə düşür) da yazılmışam . Heç Prezidentdən, baş nazirdən, baş prokurordan, daxili işlər , ədliyyə... nazirlərindən də qorxmuram. Qorxum bu şəxslərin yan-yörəsindəki legitim yaraqlı-yasaqlı qoçu- quldur dəstəsindəndir. Təsəvvür edin , son xidmət yerim olan DİN Daxili Qoşunları hərbi qanunvericiliyin tələbinə qarşı çıxaraq, mənə nə işdənçıxarma pulu, geyim-əşya kompensasiyası, məzuniyyət, ezamiyyət pulu, sığorta ödənişi, sanatoriya yollayışı və əvəzində kompensasiya verib, xidmət ilim düz hesablanıb, 1986-dan daşıdığım baş leytenant rütbəm artıb , əksinə, 1978-dən leytenant hərbi rütbəsi daşıyan 45 ilin zabitinin 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsində xidmətdə olmadığı bildirilir, döyüş komandirinə olmayan mülki kimya müdafiəçisi görəvi yazılaraq pensiyam tabeliyimdə olanlarınkından üç dəfə az hesablanır, mənzil təminatıvə digər güzəştlər tətbiq edilir, sosial, (keçən ildən) tibbi təminat hüququm tanınır  ; dövlət başçısına , məhkəməyə müraciət edəndə isə 1-ci dərəcəli Qarabağ əlilindən məhkəmə yolu ilə 30 milyon manat (???) “Daxili Qoşunlar Baş İdarəsinin “şərəf və ləyaqət ləkəsini yumaq əvəzinə tələb edilir. Fikir verin , mən təminat xərcliyimin, pensiyamın düzgün hesablanmamasından icra, parlament, məhkəmə hakimiyyətinə müraciət edirəm, düz yolu tutmaq yerinə , əyri yolla 30 milyon manatla hədələnirəm !(?) Bəri başdan deyim ki, 2007-ci ildən pensiyamı ödəyən DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı da pensiyamın düzgün hesablanmamasından şikayətimə cavab olaraq məhkəməyə müraciət etməyimi bir neçə məktubla bildirib, Bakı İnzibati Məhkəməsi martda iddiamı icraata götürəndə isə apreldən pensiyam , 6 il qabaq məhkəmə qərarı ilə pensiyaya əlavə olunan 110 manatı kəsməklə, yenidən 138.79 manat azaldılıb. Bəyəm pensiya ödəyən orqanın 6 il qabaq 05.07.2017 tarixli 2-1(81)-1889/17 saylı dövlətin adından çıxarılan məhkəmə qərarını özbaşına ləğv etmək hüququ var? Prezidentin , Milli Məclisin, məhkəmənin belə ləğv edə bilmədiyi dövlətin adından çıxarılan məhkəmə qərarını sıradan bir sosialyönlüməmur özbaşına ləğv edəcəksə,hansı hüquqi, demokratik dövlətdən danışmaq olar?Özünüz qiymət verin, hərbi əlil vətəndaş pensiyasının düzgün hesablanması ilə bağlı məhkəməyə müraciət edir, anında son xidmət yerinin komandanlığı 30 milyon tələb edir , pensiyasını ödəyən qurum məhkəmə qərarı ilə ayrılan 110 manatı kəsib, pensiyasını daha da azaldır. Belə məhkəmə təminatı hüququ ilə yaşamaq olar ?

Son 6 ildə Vəkillər Kollegiyasının intizam komissiyasının (!?) üzvü, fərdi vəkil Əlirza Həbilovun etibarnaməsi olmadan DİN-in vəkili və səlahiyyətli nümayəndəsi kimi məhkəmə işlərinə çıxıb, məhkəmələrlə qeyri – prosessual münasibətə girərək məhkəmə təminatı hüququma qadağa qoymasına , işə mahiyyəti üzrə baxılmasına imkan verməməsinə nə məhkəmənin və VK-nın özü, nə Ədliyyə Nazirliyi, nə baş prokururluq ... hüquq qiyməti verib. Təsəvvür edin, indiyədək 20 -dən çox hakimin biri də daxili işlər nazirinin adından məhkəməyə qeyri-prosessual basqı yapan vəkilin etibarnaməsinin olmamasına nəinki qiymət verib, heç hlhyoxlamağı yada salmayıb!(?)

Sonuncu icraatdan başlayaq. Bir il iki ay qabaq Bakı İnzibati Məhkəməsində DİN və ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmə təminatı hüququna qoyulan qadağanın aradan qaldırılması , pensiyanın qanunvericiliyin tələbinə uyğun düzgün hesablanması və digər tələblərlə qaldırdığım iddianı hakim Orxan Həsənov 20.06.2022-ci ildə mümkün sayıb və cavabdehlər üzrə icraatı ayırıb. 6 ay sonra 12.12.2022-ci ildə isə 3 dəqiqəlik “topdan” iclasla iddianı mümkün saymayıb ki, Şəki İnzibati – İqtisadi Məhkəməsinin 15.02.2019 tarixli saxta iddianın mümkün sayılmaması haqqında qərardadı hələ də qüvvədədir. (?) Bunu necə anlayaq , mümkünlük iclası keçirilib və iddia mümkün sayılıb, 6 aydan sonra isə mümkün sayılmayıb? Elə Şəki İnzibati- İqtisadi Məhkəməsində (hakim İlqar Cabbarov) də elə olmuşdu, sadəcə orada mümkün sayılma iclasından bir il, bir ay, bir həftə sonra vəkil Əlirza Həbilovun sifarişi ilə 15.02.2019-cu ildə qərar qəbul edilmədiyini, iclasın növbəti tarixə təyin edildiyini e-məhkəmə sistemi sübut etdyi halda , həmin tarixə iddianın mümkün sayılmaması haqqında qərardad tərtib olunub. Bu qərardadı apellyasiya instansiyası qüvvədə saxlayıb, amma Ali Məhkəmə 12.02.2020 tarixli qərardadla şikayətin qəbulundan vəkilin gec yazması bəhanəsilə imtina edib. Fikir verin, iddiaçı Qarabağ qazisi vəkil dələduzluğu ilə məhkəmə müdafiəsi hüququndan məhrum edilib. Bakı İnzibati Məhkəməsinin 12.12.2022 tarixli iclasında DİN-in vəkili kimi Əlirza Həbilovun nümayəndəsi Orxan Qılman oğlu Babayev etibarnaməsi olmadan iştirak edib. Bu 3 ilin vəkili Bakı Apellyasiya Məhkəməsində (sədrlik edən Pərviz Hüseynov, Şərafət Məmmədova və Cahangir Yusifov)  də DİN-in nümayəndəsi kimi çıxış edib. Tərəflərin hüquq bərabər(siz)liyinə baxın , müdafiəyə ehtiyacı olan 1-ci dərəcəli (DİN-in) Qarabağ əlilinə dövlət hesabına vəkil ayrılmasından imtina edilir, amma Vəkillər Kollegiyasının intizam komissiyasının üzvü Əlirza Həbilov , 3 ilin inzibati sahədə ixtisaslaşmayan vəkili Orxan Babayev DÖVLƏT HESABINA DÖVLƏT ORQANINA- DİN-ə vəkillik edir!(?) Belədə hansı hüquq bərabərliyindən, hansı çəkişmə prinsipindən, hansı ədalətdən, hansı qərəzsizlikdən , hansı məhkəmə müstəqilliyindən danışmaq olar?

Bakı Apellyasiya Məhkəməsinin Şərafət Məmmədova, Pərviz Hüseynov və Cahangir Yusifovdan ibarət heyəti hər iki işə necə təyin olunub? Təsəvvür edin, e-məhkəmə sistemi vasitəsilə və şəxsi kabinetdən 1790 saylı DİN-ə qarşı iş üzrə sədrə 17.05.2023-cü ildə məhkəmə tərkibinə etiraz təqdim etmişəm, 15 gün qabaq 02.05.2023 - ildə apellyasiyabaxışından çıxarılan DSMF -ə qarşı 1779 saylı işə yönləndirilib.(?) Hələ də 17.05.2023-cü il tarixli qərardad verilməyib. Mənə vəkil də ayrılmır ki, işə çıxıb, ən azı, qərardadı götürsün və kassasiya şikayəti verməyə vəkillə təminatımla bağlı ərizə verim.

Sizdən Bakı Apellyasiya Məhkəməsinin Pərviz Hüseynov, Şərafət Məmmədova və Cahangir Yusifovdan ibarət heyətinin 17.05.2023-cü il tarixli qərardadını , gec də olsa, verməsini ( birinci instansiya (Orxan Həsənov) 5 günəverməli olduğu qərardadını “tanışlıqla” 3 aydan sonra verib)təmin etməyinizi, dövlət hesabına “paykovoyyox, peşəkarvəkillə təminatımı iddianın mümkün sayılmaması haqqında qərardadın, yenidən mümkünlük şərtlərinə əməl etməklə, eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmədiyi haqqında Ali Məhkəmə Plenumunun 10.04.2015 tarixli 5 saylı “ İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 8.3 bəndini rüşvətdən savadsız hakimlərin diqqətinə çatdırmağınızı diləyirəm.

Elə hüquqsuz , Konstitusiyanın qorumadığı, Ombudsmanın, Vəkillər Kollegiyasının dövlət orqanlarının özbaşınalığına vəkillik etdiyi durumdayam ki, Şəki İnzibati – İqtisadi Məhkəsinin 15.02.2019 tarixli saxta qərardadını iş üzrə tərəf olmayan DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı da Konstitusiya aktı kimi Bakı İnzibati Məhkəməsinə təqdim edib. Qalır məhkəmənin “Şəki döbləti”nin aktını” növbəti yol tətbiq etməsi..

Məğrur Bədəlsoy

0.022145986557007