Sabiq polis nəfəri Asim Kərimov həbs edildi

Sabiq polis nəfəri Asim Kərimov həbs edildi
 

Daxili işlər orqanlarından qovulmuş sabiq polis nəfəri ilə bağlı iddialar və görülən tədbirlər açıqlanıb. 

Paralel.az DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevin yaydığı xəbərə görə, bildirir ki, 6 nəfər vətəndaşdan daxil olan şikayət əsasında sabiq polis nəfəri Asim Kərimov barəsində DİN-də cinayət işi başlanıb:

"Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, polis orqanından xaric edildikdən sonra hədə-qorxu yolu ilə vətəndaşlardan pul tələb etməkdə şübhəli bilinir".

0.019747018814087