AQTA və DYP-nın kasıb əhalini kütləvi cərimələməsindən xalq narahatdır
Cərimələmə prosesində AQTA öndə gedir
Ölkə əhalisi cərimələrin şiddətlənməsindən çox narahatdır və şikayət edir. İnsanların cərimələrdən şikayət etməsi kütləviləşib.
Əhalinin xidmət sahələrində çalışan, ayda 350-500 manat arası əməkhaqqı və təqaüd alan kəsimi şikayətlənir ki, aldığımız əməkhaqqı və təqaüd aylıq dolanışığa belə, yetmədiyi halda, ölkədə əmlak vergisinin, xüsusən mənzillərin məcburi sığortasının ortaya atılması xalqın pis olan vəziyyətini daha da pisləşdırır.
Eyni zamanda, DYP-nın kasıb sürücüləri, AQTA isə Bakı şəhərində meyvə-tərəvəz ticarətilə məşğul olan xırda obyektləri kütləvi şəkildə cərimələməsi xırda obyekt sahiblərini ayağa qaldırıb, kütləvi narazılıq və şikayət edirlər.
Obyekt sahiblərinin dediyinə görə, cərimələrin yazılmasında bir meyl diqqət çəkir. AQTA son bir ayda Bakı şəhərində meyvə-tərəvəz ticarətilə məşğul olan minlərlə obyektə, sahəsindən asılı olaraq, 200-500 manat arası cərimə yazıb.
Digər məlumata görə, kütləvi cərimə yazma kampaniyası 2 səbəbə görə, baş verir.
Birinci, xırda ticarətlə mşşğul olanlar AQTA-nın kütləvi cəriməyazma kampaniyasının əsas səbəbi kimi "Araz", Bravo", "Oba", "Rahat" və Bakıdakı digər böyük ticarət obyektlərinin yüksək vəzifəli dövlət məmurlarının sifarişi əsasında təşkil edildiyini deyirlər.
Ölkə əhalisi arasında keçirilmiş sorğunun nəticəsinə əsasən isə, DYP, AQTA və digər dövlət qurumlarının cəriməyazma kampaniyasını güclənmələrini dövlət qurumu rəhbərlərinin əhalinin yoxsul, kasıb kəsimini soyub, talamaqla, varlanmaq istəyinə düşməsi və dövlətin nəzarət orqanlarının fəaliyyətsizliyi ilə bağlı olması göstərilir.
Şahnaz