Tokayev Aİ-nı öz dəstəyini verməyə çağırıb
Tokayev Aİ-nı öz dəstəyini verməyə çağırıb
“Ölkə 2024-cü ilin sonuna kimi CPC vasitəsilə neftin nəqli üçün maksimum gücə çatacaq."
“Paralel.az” xəbər verir ki, bunu Qazaxıstan Energetika Nazirliyinin rəhbəri deyib.
Onun sözlərinə görə cari ildə kəmərlə vurulan neftin həcmi 50 milyon tondan 60 milyon tona qədər artmalıdır. 2024-cü ilin sonuna isə 72 milyon tona qədər.
Ölkənin prezidenti Qasım-Jomart Tokayev isə Rusiyadan keçən CPC neft kəmərini strateji əhəmiyyətə malik adlandırıb və Aİ-ni öz dəstəyini verməyə çağırıb.
O, qeyd edib ki, hazırda Qazaxıstan neftinin Avropaya ixracının 80%-i Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə həyata keçirilir.
“Ümumi maraqlara əsaslanaraq, biz bu strateji əhəmiyyətli neft kəməri vasitəsilə uzunmüddətli və sabit tədarük üçün Aİ-nin gələcək dəstəyinə ümid edirik”, - Qazaxıstan Prezidenti bildirib.
Ş.Salehqızı