Qırğızıstan və Tacikistan prezidentləri arasında görüş olub
Çolpon-Atada Qırğızıstan və Tacikistan prezidentləri arasında danışıqlar olub
“Paralel.az” xarici KİV-ə istinadən xəbər verir ki, Sadır Japarov və Emoməli Rəhmon Qırğızıstan-Tacikistan sərhədi məsələsinə xüsusi diqqət yetiriblər
Onlar son illərdə iki ölkə arasında layihə sərhəd xəttinin razılaşdırılmasında indiyədək əldə olunmuş nəticədən məmnunluq ifadə ediblər.
Prezidentlər danışıqların davam etdirilməsinə, qarşılıqlı hörmət və etimada əsaslanan qarşılıqlı məqbul həll yollarının axtarılmasına çağırıblar.
Japarov və Rəhmon iki ölkə arasında dostluq və mehriban qonşuluq əlaqələrinin qorunub saxlanılmasının vacibliyini bir daha təsdiqləyib, bütün məsələlərin müstəsna olaraq siyasi və diplomatik üsullarla həllinin vacibliyini qeyd ediblər.
Ş.Salehqızı