Benzema "Real Madrid"dəki gələcəyindən danışıb

Benzema "Real Madrid"dəki gələcəyindən danışıb
 

"Real Madrid"in futbolçusu Kərim Benzema İspaniya klubundakı gələcəyindən danışıb.

Paralel.az xəbər verir ki, fransalı hücumçu "Marca" nəşrinə açıqlamasında Madrid təmsilçisində qalıb-qalmayacağının dəqiqləşmədiyini bildirib.

O, hazırda "kral klubu"na məxsus olduğunu xatırladıb: "Şənbə günü oyunum var, sabah məşq edəcəyəm. Ona görə də hazırda Madriddəyəm".

Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən "Real Madrid"in formasını geyinir.

0.016763925552368