Moravetski: Ukrayna ordusu əks-hücuma başlayıb

Moravetski: Ukrayna ordusu əks-hücuma başlayıb
 

Ukrayna artıq əks-hücuma başlayıb. Bunu Polşanın baş naziri Mateuş Moravetski bəyan edib.

“Ukraynanın hücumu artıq başlayıb. Nə qədər təsirli olacaq, çox güman ki, bu, yaxın aylarda özünü göstərəcək və biz müharibənin nə qədər davam edəcəyi sualına cavab verməyə daha yaxın olacağıq”, - deyə hökumət başçısı bildirib.

O, Polşa şirkətlərinin Ukraynanın yenidən qurulmasında böyük fayda hasil edə biləcəyini əlavə edib və Polşanın ukraynalı F-16 pilotlarının təlimində iştirak edəcəyini vurğulayıb.(oxu.az)

0.015679121017456