Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni komandasında kimlərin olacaq?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni komandasında kimlərin olacaq?
 

Hazırda bütün diqqət Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni komandasında kimlərin olmasıdır.

 “Paralel.az ” xəbər verir ki, “Hürriyet”in köşə yazarı Əbdülkadir Selvi yeni kabinetdə kimlərin yer alacağı ilə bağlı mövqeyini açıqlayıb. 

Onun fikrincə, yeni kabinetdə iki vitse-prezident postu ola bilər. 

“Onlardan biri iqtisadiyyat sahəsinə cavabdeh olacaq. Bu posta daha çox sabiq maliyyə naziri Mehmet Şimşəkin adı hallanır. Lütfü Elvan və Cevdet Yılmazın namizədlikləri Ticarət Nazirliyi postuna, EPDK sədri Mustafa Yılmazla, enerji nazirinin müavini Alparslan Bayraktarın adı energetika naziri postuna, Baş Qərargah rəisi Yaşar Gülərin adı milli müdafiə naziri postuna, Numan Kurtulmuş isə Mustafa Şentopun yerinə Türkiyə Böyük Millət Məclisinin yeni sədri seçiləcək", - deyə o bildirib.

 

0.014783143997192