Almaniya beş Rusiya konsulluğundan dördünü bağlayacaq

Almaniya beş Rusiya konsulluğundan dördünü bağlayacaq
 

Almaniya beş Rusiya konsulluğundan dördünü bağlayacaq

"Paralel.az" xəbər verir ki, Almaniya hakimiyyəti Rusiyadakı konsulluğundan dördünün icazəsini ləğv edir. Bu barədə TASS Almaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Diplomatik nümayəndəliklər ilin sonuna qədər fəaliyyətini dayandırmalı olacaqlar.

Almaniya həmçinin Yekaterinburq, Kalininqrad və Novosibirskdəki konsulluqlarını noyabr ayına qədər bağlayacaq.

Aprel ayında Rusiya Xarici İşlər Nazirliyi Almaniyadakı diplomatik nümayəndəliklərinin və mədəniyyət müəssisələrinin sayını azaltmağı planlaşdırdığını açıqlamışdı. Mayın sonunda Berlində dedilər ki, bu səbəbdən bir neçə yüz alman vətəndaşı Rusiyanı tərk etməli olacaq və Almaniya hökuməti buna cavab olaraq ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin sayını “balanslaşdırmağa” çalışacaq.

Rusiya Xarici İşlər Nazirliyi Almaniya diplomatik nümayəndəliklərinin sayının azaldılmasını rusiyalı diplomatların Almaniyadan çıxarılmasına cavab adlandırıb.
Dəniz

0.043935060501099