Rusiya MN: Ukrayna donanmasının son döyüş gəmisi məhv edildi

Rusiya MN: Ukrayna donanmasının son döyüş gəmisi məhv edildi
 

Rusiya Ukrayna donanmasının sonuncu döyüş gəmisini Odessa limanında məhv edib.

Paralel.az “HaberTürk”ə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

“Mayın 29-da Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus “Yuriy Olefirenko” adlı sonuncu döyüş gəmisi Rusiya Hərbi Hava Qüvvələrinin Odessa limanında hərbi gəmilərin estakadasına silahlı hücumu nəticəsində məhv edilib”.

Həmçinin açıqlamada Donetsk bölgəsində ən şiddətli qarşıdurmaların Avdeyevka bölgəsində yaşandığı deyilib. 

“Rusiya ordusu bölgəyə raket hücumları edib və Ukrayna ordusu Krasnoqorovka və Yasinovataya qəsəbələrindən geri çəkilməli olub.

Donetsk, Xarkov və Zaporojye vilayətlərində də Ukrayna ordusuna aid müxtəlif silah-sursat anbarları məhv edilib. Bundan əlavə, Zaporojyadakı bir komanda məntəqəsi də dağıdılıb”.

Günay

0.020017862319946