Kiyev səmasında 29 pilotsuz təyyarə vurulub

Kiyev səmasında 29 pilotsuz təyyarə vurulub
 

Kiyev səmasında 29 pilotsuz təyyarə vurulub.

Onlardan birinin qalıqları çoxmərtəbəli yaşayış binasının üzərinə düşüb, bir nəfər ölüb.

"Paralel.az"  xəbər verir ki, mayın 30-na keçən gecə Ukrayna Şahed-136/131 pilotsuz təyyarələrinin növbəti hücumuna məruz qalıb. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı bildirir ki, ümumilikdə 31 kamikadze pilotsuz uçuş aparatı qeydə alınıb.

Hərbçilərin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri Kiyev səmasında 29 pilotsuz uçan aparatı vurmağa nail olub.

Kiyev şəhər hərbi administrasiyasının aydınlaşdırdığı kimi, bu, son 24 saat ərzində şəhərə üçüncü hücumdur. İlkin məlumatlara görə, hücum bir neçə istiqamətdən dalğalar şəklində həyata keçirilib. Dronların dağıntıları nəticəsində şəhərin müxtəlif yerlərində binalar zərər görüb.

Qoloseyevski rayonunda dron dağıntılarının düşməsi səbəbindən çoxmərtəbəli binada yanğın başlayıb. İlkin məlumata görə, bir nəfər ölüb, üç nəfər yaralanıb. 20 nəfər təxliyə edilib. "Yəqin ki, mərtəbələr arasındakı tavanlar dağıdılıb, axtarış işləri aparılır", - şəhər administrasiyasının teleqram kanalında deyilir.

Dəniz

0.016599178314209