“Crocus Group”un birinci vitse-prezidenti şirkətdən ayrılıb

“Crocus Group”un birinci vitse-prezidenti şirkətdən ayrılıb
 

“Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov şirkətdən ayrılıb.

“Paralel.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, iş adamı fikrini öz layihələrinə yönəltmək niyyətindədir:

“Biz atamla məsləhətləşdik və birlikdə qərar qəbul etdik ki, mənim səlahiyyətlərim kompaniyanın aparıcı top-menecerləri arasında bölünəcək”.  

O bildirib ki, 22 il şirkətdə çalışıb, lakin indi bir çox başqa layihələri var.

E. Ağalarov 2001-ci ildən “Crocus Group”da çalışıb, 2014-cü ildən birinci vitse-prezidenti idi.

Z.Əsədli

0.034263849258423