Moskva pilotsuz təyyarələrin hücumuna məruz qalıb - FOTO

Moskva pilotsuz təyyarələrin hücumuna məruz qalıb - FOTO
 

Sobyanin bir neçə binaya ziyan dəydiyini bildirib

"Paralel.az"  xəbər verir ki, mayın 30-da səhər Moskvada pilotsuz təyyarə ilə hücum olub. Bu barədə paytaxt meri Sergey Sobyanin məlumat verib. Onun sözlərinə görə, bir neçə binada “kiçik dağıntılar olub”.

“Şəhərin bütün təcili yardım xidmətləri hadisə yerindədir. Onlar baş verənlərin şəraitini öyrənirlər. İndiyədək heç kim ciddi xəsarət almayıb. Sizdən yalnız rəsmi mənbələrə etibar etməyinizi və yoxlanılmamış məlumatları yaymamağınızı xahiş edirəm”, - Moskva meri mesajında ​​bildirib.
A.Nəsirli

0.014685869216919