Azərbaycan rəhbərliyi Ermənistana və Dağlıq Qarabağa qarşı yeni təcavüzə hazırlaşır - Ermənistan XİN
Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan prezidenti İlham Əliyevin son bəyanatlarına münasibət bildirib.
Paralel.az Ermənistan mediasına əsasən xəbər verir ki, Ermənistanın bunu beynəlxalq ictimaiyyətin regionda sülhün bərqərar olması səylərinə zərbə vurmaq cəhdi kimi qiymətləndirib.
XİN-in bəyanatında qeyd olunur ki, 31 oktyabr 2022-ci il tarixli Soçi üçtərəfli bəyanatında təsbit olunmuş güc tətbiqindən və ya onun tətbiqi ilə hədələmədən imtina ilə bağlı yazılı öhdəliklərə zidd olaraq, İlham Əliyev Ermənistanı növbəti dəfə güc tətbiqi ilə və Dağlıq Qarabağ əhalisini etnik təmizləmə ilə hədələyir.
Şahnaz