Gəlin düşünək - İqtisadçı alim Məmməd Talıblı yazır...

Gəlin düşünək - İqtisadçı alim Məmməd Talıblı yazır...
 

Məmurlardan biri demişdi ki, kimlərsə aclıq etməklə hüquqa qalib gəlmək istəyir. Gəlin düşünək...

Hüquq işləsə, insan özünü ölümlə üz-üzə qoymaq yolun tutarmı?
Hüquq öz işin görsə, insan onun işinə qarışaq istərmi?
Demək, hüquqsuzluq insanın haqq yolunu bağlayanda aclıq sonuncu çarə olur.

Ümid öləndə insan da ölmək istəyir. Hüquq diri olanda insan ölmür. Hüquq öləndə insan da canına qıyır.

Aclıq hüquqa güc gəlmək üçün deyil. Haqqı olanın hüququ tanınmayanda hüquq ölür. Hüququn ölməsi insanın ölməsindən daha betərdir. Hüququn ölməsi insanların mənən, sonda isə fiziki olaraq ölməsinə səbəb olur.

Hüquq ölməməlidir ki, insanlar ölməsin və ya ölmək istəməsin. Aclıq bu hüquqi nihilizmə etirazdır!

"Paralel.az" 

0.018538951873779