Cari ilin ilk 4 ayı ərzində qeydə alınan statistik məlumatlar və iyulun 1-dək abonentlərin yerinə yetirməli olduğu proseslər “Açıq qapı”da - VİDEO

Cari ilin ilk 4 ayı ərzində qeydə alınan statistik məlumatlar və iyulun 1-dək abonentlərin yerinə yetirməli olduğu proseslər “Açıq qapı”da - VİDEO
 

SOCAR “Azəriqaz” İB-nin ənənəvi hal alan “Açıq qapı” aksiyasında bu dəfə Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev mühüm məqamları media nümayəndələrinin diqqətinə çatdırıblar. E.Vəliyev çıxışında 2023-cü ilin 4 ayı ərzində ölkə üzrə abonentlərin qazın tarifi ilə bağlı limitdəki son vəziyyətini açıqlayıb. Şöbə rəisi bildirib ki, cari ilin yanvar-aprel ayları ərzində havaların soyuq keçməsinə baxmayaraq abonentlərin 77,5%-i 12 qəpiklik limit həddini keçməyib.
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi bu 4 ay ərzində 113 km yeni qaz xəttinin çəkildiyini, 90 km uzunluğunda isə müxtəlif diametrli boru xətlərinin əsaslı şəkildə təmir olunduğunu da diqqətə çatdırıb.

Aksiyada çıxış edən SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov isə tüstü bacalarının təmizlənməsi məsələsinə toxunub. Şöbə rəisi vətəndaşların diqqətinə çatdırıb ki, bu proses mülkiyyət hüququndan asılı olaraq iyulun 1-dək vətəndaşlar tərəfindən başa çatdırılmalıdır.
Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Daha ətraflı video materialda:
https://youtu.be/AymtRS7S0f8

"Paralel.az"

0.049188852310181