Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Bakı Gənclər Debat Forumu”na start verilib

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Bakı Gənclər Debat Forumu”na start verilib
 

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Bakı Gənclər Debat
Forumu”na start verilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində
Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı, Bakı Ali Neft Məktəbinin ev sahibliyi ilə keçirilən
“Bakı Gənclər Debat Forumu: Yaz, 2023”-ün qrup və seçmə mərhələsi 25 ali təhsil müəssisəsi
və təşkilatı təmsil edən edən ən yaxşı 50 komandanın iştirakı ilə baş tutub.

Tədbirin açılış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, “Vətəndaş
Cəmiyyətində Debat” (DVC) İB-nin sədri Ülviyyə Axundova, debat hakimləri, müxtəlif qurumların
nümayəndələri və debatçı gənclər iştirak edib.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Debat Forumun məqsədi gənclər
arasında “Heydər Əliyev” irsinin təbliğ olunması, debat və natiqlik mədəniyyətinin inkişaf
etdirilməsi vasitəsi ilə onların qərar vermə proseslərində, ictimai aktuallıq kəsb edən
məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etməkdir.

İlin ən böyük Debat Forumu olan layihədə ümumilikdə 2 gün ərzində 50 komanda, 187 saat
debat, 1000-dən çox gəncin spiker, hakim və auditoriya kimi iştirakı qeydə alınıb.Forumda “Bilik
iqtisadiyyatına keçid edən ölkələrdə rəqabətə davamlı bazarın formalaşması üçüm süni
intellektin tətbiqi şərtdir” mövzusunda debatlar aparılıb.

Forumun final mərhələsinə Azərbaycan bölməsi üzrə Azərbaycan Tibb Universitetinin
komandası “TGF-Beta” və Bakı Dövlət Universitetinin komandası “Qeyd-Şərtsiz”, Rus bölməsi
üzrə isə, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası “TTM” və Bakı Dövlət
Universitetinin komandası “Катюша BDU” vəsiqə qazanıb.

“Bakı Gənclər Debat Forumu: Yaz, 2023” layihəsinin əsasnaməsinə uyğun olaraq fevral-aprel
ayları ərzində ali təhsil müəssisələrdə debat klubların təqdimatları, təlimlər, görüşlər və seçim
turnirləri olmaqla ümumilikdə 100-dən artıq fəaliyyət həyata keçirilmişdir. Bu mərhələləri uğurla
keçən komandalar əsas Forumda iştirak haqqı qazanmışdır.

Qeyd edək ki, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyi 25 ildir ki, müxtəlif
proqram və layihələri vasitəsilə gənclərin debat, natiqlik bacarıqlarını inkişaf etdirmək,
sahibkarlığa olan marağı artırmaq, karyera imkanları qazandırmaq, gənclərin təşəbbüslərini
dəstəkləməklə Azərbaycan Gənclər Siyasətinin həyata keçirilməsində rol oynayır. Təşkilat 25
illik fəaliyyəti çərçivəsində müxtəlif layihələr sayəsində 50.000-dən artıq gəncin həyatına
toxunmuş, fərdi və karyera inkişafına şərait yaratmışdır.

Ə.Züleyxa

"Paralel.az"

0.018056869506836