Gürcüstan Milli Bankı apreldə valyuta hərracında rekord məbləğdə 322,4 milyon dollar alıb

Gürcüstan Milli Bankı apreldə valyuta hərracında rekord məbləğdə 322,4 milyon dollar alıb
 

Gürcüstan Milli Bankı apreldə valyuta hərracında rekord məbləğdə 322,4 milyon dollar alıb.

"Paralel.az"  KİV-ə istinadən xəbər verir ki, ötən ay gürcü larisi ABŞ dollarına nisbətdə 2022-ci ilin may ayı ilə müqayisədə demək olar ki, 20% bahalaşıb və məzənnə beş ildə ilk dəfə 2,5 lari/$1 səviyyəsindən aşağı düşüb.

Ümumilikdə, ilin əvvəlindən tənzimləyici 782,9 milyon dollar əldə edib.Valyuta intervensiyalarından sonra lari bir qədər zəifləyib - mayın 26-na məzənnə 2,5876 lari/$1 təşkil edir.

Milli valyutanın bu cür möhkəmlənməsi ölkəyə daxil olan vəsaitlərin - əsasən pul köçürmələri hesabına, turizmin və ixracın artması ilə izah olunur.

Ş.Salehqızı

0.012019872665405