Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb - FOTO

Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb - FOTO
 

Milli Məclisin sədri Sahibə Qafarovanın Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb.

Paralel.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Sənədi Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova və Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç imzalayıblar.

İki ölkənin parlament rəhbərləri bu memorandumun münasibətlərin daha da genişlənməsinə xidmət edəcəyinə inamlarını ifadə ediblər.

387988

0.17481708526611