Hindistan və BƏƏ-nin animasiya studiyaları birgə layihə planlaşdırır
“Soyuzmultfilm” kinostudiyası Hindistan və BƏƏ-nin animasiya studiyaları ilə iki birgə layihə planlaşdırır, müvafiq sənədlər imzalanmanın son mərhələsindədir, “Soyuzmultfilm”in direktorlar şurasının sədri Yuliana Slaşçeva bildirib.
Rusiya mətbuatı xəbər verir ki, Slaşçeva qeyd edib ki, hər iki layihə həm Rusiya Federasiyasında, həm də Yaxın və Uzaq Şərqin əksər ölkələrində eyni dərəcədə populyar və sevilən qəhrəmanlar haqqındadır.
Ş.Salehqızı