1 ton 660 kq heroin müsadirə edilib

1 ton 660 kq heroin müsadirə edilib
 

Gürcüstanın Daxili İşlər Nazirliyi belçikalı həmkarlarına bir ton yarımdan çox heroinin ələ keçirilməsində köməklik edib.

"Paralel.az" xəbər verir ki, Aprel ayında Belçika polisi Antverpen limanında görünməmiş miqdarda - 1 ton 660 kq heroin müsadirə edib, Gürcüstanın Mərkəzi Kriminal Polis Departamentinin rəhbəri Teimuraz Kupatadze brifinqdə bildirib.

Gürcüstan Daxili İşlər Nazirliyi transmilli və mütəşəkkil cinayətkarlıqla mübarizədə tərəfdaş ölkələrlə fəal əməkdaşlıq edir, Kupatadze qeyd edib.

Ş.Salehqızı

0.014831066131592