Trampın rəqibi prezidentliyə namizəd oldu

Trampın rəqibi prezidentliyə namizəd oldu
 

Trampın rəqibi prezidentliyə namizəd oldu

"Paralel.az"  xəbər verir ki, Florida qubernatoru Ron Desantis - Trampın əsas Respublikaçı rəqibi - rəsmi olaraq ABŞ prezidentliyinə namizəd oldu

Florida ştatının qubernatoru Ron Desantis 2024-cü ildə keçiriləcək prezident seçkiləri üçün ABŞ Federal Seçki Komissiyasına namizədliyi barədə bildiriş təqdim edib, Associated Press xəbər verir.

Agentliyin məlumatına görə, qubernator yarışa daxil olduğunu rəsmi olaraq Twitter Spaces platformasında iş adamı İlon Maskla canlı olaraq elan edəcək.

44 yaşlı Ron Desantis ABŞ Respublikaçılar Partiyasında getdikcə populyarlıq qazanır. 2015-2018-ci illərdə o, Nümayəndələr Palatasının üzvü olub, daha sonra Florida ştatının qubernatoru olub.

2022-ci ildə o, demək olar ki, 20% səs fərqi ilə ikinci müddətə yenidən seçildi. Baxmayaraq ki, Desantis qubernator kimi bir sıra qeyri-populyar qanunları, o cümlədən abortları məhdudlaşdırmaq, silah gəzdirməyi asanlaşdırmaq və transgenderə keçidi qadağan edən qanunlar imzalamışdı.

Qarşıdan gələn prezident seçkilərində Desantis keçmiş prezident Donald Trampla Respublikaçılar Partiyasının namizədliyi uğrunda mübarizə aparacaq.

Dəniz

0.020485162734985