Gürcüstana 80 kq heroin gətirən İran vətəndaşı saxlanılıb

Gürcüstana 80 kq heroin gətirən İran vətəndaşı saxlanılıb
 

Poti limanında Gürcüstana 80 kq heroin gətirən İran vətəndaşı saxlanılıb.

"Paralel.az"  xarici KİV-ə istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Kriminal Polis Departamentinin rəisi Teimuraz Kupatadze bildirib ki, narkotiklər 62 yaşlı kişinin idarə etdiyi yük maşınının xüsusi anbarında gizlədilib.

Araşdırma zamanı məlum olub ki, İran vətəndaşı narkotik vasitəni Gürcüstan və Ermənistan vasitəsilə Avropaya daşımağa cəhd edib. Saxlanılan şəxsi 20 ilə qədər həbs və ya müddətsiz həbs gözləyir.

Ş.Salehqızı

0.018085956573486