"Belqorod dversantlardan təmizlənib" - Rusiya MN
"Belqorod dversantlardan təmizlənib" - Rusiya MN
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Belqorod vilayətində "Ukrayna birləşmələrinin məğlubiyyəti" və 70-dən çox diversanrın öldürüldüyünü açıqlayıb.
"Paralel.az" xəbər verir ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyanat yayıb ki, Belqorod vilayətini işğal edən “Ukrayna birləşmələri” “bloklanıb və məğlub edilib”.
“İnterfaks” Müdafiə Nazirliyinin bəyanatına istinadən xəbər verir ki, əməliyyatda “Qərb Hərbi Dairəsinin aviasiya, artilleriya və digər bölmələrindən” istifadə edilib.
Bəyanatda deyilir ki, hücumda iştirak edən 70-dən çox iştirakçı öldürülüb, dörd zirehli döyüş maşını və beş pikap məhv edilib.
“Ukrayna birləşmələrinin qalıqları Belqorod vilayətindən geriyə, Ukrayna ərazisinə çıxarılıb və orada zərbələr tamamilə məhv edilənə qədər həyata keçirilib”, - Rusiya Müdafiə Nazirliyi bildirib.
Dəniz