CAR Prezidentinin xüsusi nümayəndəsi Rusiyaya səfər edib

CAR Prezidentinin xüsusi nümayəndəsi Rusiyaya səfər edib
 

Cənubi Afrika Respublikası Prezidentinin xüsusi müşaviri Bejani Çauke Ukrayna böhranının həlli yollarını tapmaq üçün 6 Afrika ölkəsi sülh təşəbbüsünün hazırlanması çərçivəsində Rusiyaya səfər edib.

Paralel.az xəbər verir ki, bunu TASS-a CAR prezidentinin rəsmi nümayəndəsi Vinsent Maqveniya təsdiqləyib.

Maqvenya bildirib ki, CAR Prezidenti Çaukenin yaxın silahdaşı Afrika ölkələrinin sülh missiyasının Moskva və Kiyevə səfərini hazırlayacaq rəsmilərdən biridir. Onun sözlərinə görə, səfərin tarixi hələ müəyyənləşməyib.

0.016473054885864