Beyonsun konsertinə görə çətin durumda qaldılar

Beyonsun konsertinə görə çətin durumda qaldılar
 

Böyük Britaniyanın paytaxtı Londonun şimalında yerləşən “Travelodge” otel şəbəkəsində qalan evsiz ailələr, yerli bələdiyyənin rezervasiya müddətini uzatmadığı üçün ayın sonunda otaqlarından çıxarılacaq.

Paralel.az xəbər verir ki, buna səbəb məşhur müğənni Beyonsun Londonda Renessans dünya turu zamanı otelin yaxınlığında konsert verməsidir.
Ətraflı

Belə ki, otaqları başqaları tərəfindən sifariş edilən 30-a qədər ailənin “Travelodge”dan köçürüləcəyi açıqlanıb. 100-ə yaxın otaq, yəni otelin üçdə ikisi hazırda bələdiyyə tərəfindən rezerv olunub.

Qeyd edək ki, mayın 29-dan iyunun 4-dək Beyonsun otelin yaxınlığındakı “Tottenham Hotspur” stadionunda beş gecə konsert verməsi planlaşdırılır.

Müvəqqəti olaraq oteli tərk etməli olan ailələr prosesin inanılmaz dərəcədə çətin olduğunu deyirlər. Onlar bütün əşyalarını özləri ilə götürmək məcburiyyətində olmaqla yanaşı, övladlarının dərsdən yayındığını bildirib.

0.019577026367188