Sahibkarlar üçün keçirilən "Açıq mikrofon"dan Qax rayonunun sakinləri də yararlandı
"SOCAR "Azəriqaz" İB-nin sahibkarların qaz təchizatında üzləşdiyi problemlərin həll edilməsi istiqamətində həyata keçirdiyi aksiya bu dəfə Qax rayonunda baş tutub.
"Paralel.az" xəbər verir ki, tədbiri açıq elan edən Zaqatala RQİİ-nin rəisi aksiyanın məqsəd və məramını izah edib. KOBİA nümayəndəsi də öz növbəsində sahibkarlarla dövlət arasında körpü rolunu oynamağa çalışdıqlarını bildirib. Mikrofon önünə keçən sahibkarlar debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsini istəyiblər. Aksiyadan yararlanan sakinlər isə rayonun Əmircan kəndinin genişləndirilmiş hissəsinin qazlaşdırılmasını xahiş ediblər. Görüşdə səsləndirilən müraciətlər Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənilərək qeydə alınıb.