"Smart Ranking"ə görə, ilin sonunadək bazar daha dörd dəfə arta bilər

 

Rusiyada ödəniş stikerləri bazarının həcmi birinci rübün sonunda təxminən 1 milyon ədəd təşkil edib, onların yarısı bir oyunçunun payına düşüb. Rusiyanın "Smart Ranking" ödəniş stikerləri bazarının araşdırmasına görə, ilin sonunadək bazar daha dörd dəfə arta bilər.

"Paralel.az" xəbər verir ki, indi yeddi bank öz müştərilərinə "NFC" çipi ilə ödəniş stikerləri təklif edir, lakin "Tinkoff", "Alfa-Bank" və "Sberbank" bazarı əsasən öz aralarında bölüblər.

"Smart Ranking"-ə görə, bazarın təxminən 50%-ni "Tinkoff" stikerləri, təxminən 15%-ni isə "Alfa-Bank" tutur.

Sorğunun nəticələrinə görə, ruslar arasında tanınma baxımından "Tinkoff", "Alfa-Bank" və "Sberbank" da liderdir. Bu ödəniş üsulu haqqında bilənlərin 70%-i "Tinkoff Pay" stikerləri, 66%-i və 52%-i "Alpfa" stikerləri və "Sber Pay" haqqında eşitmişlər.

Ş.Salehqızı

0.022753953933716