Rusiya nefti sanksiyalara baxmayaraq, üçüncü ölkələr vasitəsilə Avropaya axır - Spiegel

Rusiya nefti sanksiyalara baxmayaraq, üçüncü ölkələr vasitəsilə Avropaya axır - Spiegel
 

Rusiya nefti embarqoya baxmayaraq, üçüncü ölkələrdə, xüsusən də Hindistandan olan vasitəçilər vasitəsilə Aİ-yə axmaqda davam edir.
Bizimyol.info xəbər verir ki, bu barədə “Spiegel” yazıb.

Nəşrin məlumatına görə, hər gün Hindistan limanlarına Rusiya nefti ilə ən azı iki tanker gəlir ki, bu da ayda 70 tanker deməkdir. Müəyyən müddətdən sonra bu neftin bir hissəsi Aİ-yə axır.

Məlumat üçün bildirək ki, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi başlayandan bəri Avropa İttifaqı Moskvaya qarşı bir neçə sanksiya paketi qəbul edib. Dekabr ayından Rusiya neftinin Aİ-yə dəniz yolu ilə idxalına qadağa qoyulub, bu ilin fevralından isə dizel yanacağı və benzinə embarqo tətbiq edilib. Amma bu, o demək deyil ki, Rusiya nefti emal olunmuş formada Avropaya axmağa davam etməyəcək. Sadəcə, indi bahalı və çox kilometrlik yoldur.

Əlavə edək ki, məlumat analitik şirkəti Kpler, tankerlərin və yük gəmilərinin marşrutlarını izləyərək, qlobal təchizat zəncirlərini öyrənir. Onun sözlərinə görə, sanksiyaların tətbiqindən sonra dünya daşımaları yenidən təşkil edilib: göyərtəsində Rusiya nefti olan tankerlər indi Qərb ölkələrinə deyil, Şərq ölkələrinə:  Səudiyyə Ərəbistanı və hər şeydən əvvəl Hindistana göndərilir.

Hindistanın qərb sahilində bir neçə neft emalı zavodu, o cümlədən dünyanın ən böyüyü var. Orada Rusiya neftindən benzin və dizel yanacağına çevrilir. Və görünür, bu formada o, Avropaya qayıdır.

Kpler-in məlumatına görə, Hindistan aprel ayında Aİ-yə əvvəlkindən daha çox yanacaq göndərib. Təchizatçı kimi indi Səudiyyə Ərəbistanını qabaqlayır. İki ölkə birlikdə fevral embarqosunun başlamasından bəri Avropanın yanacaq təchizatında mövcud olan boşluğun böyük hissəsini doldurur. Amma Səudiyyə Ərəbistanından fərqli olaraq, Hindistan böyük neft ehtiyatlarına malik ölkə deyil.

Hindistan Moskvaya qarşı sanksiyaları dəstəkləmir və hətta əksinə: əgər əvvəllər Rusiyadan neft idxalı uzun dəniz yoluna görə Hindistan şirkətləri üçün çox baha və ağır idisə, müharibənin başlaması ilə vəziyyət sürətlə dəyişib və Rusiya Hindistanın ən böyük neft tədarükçüsünə çevrilib. Keçən ay ölkə gündə iki milyon barelə qədər Rusiya nefti idxal edib ki, bu da onun milli ehtiyacının təxminən 40%-ni təşkil edir. İşğaldan əvvəl bu rəqəm təxminən 1% idi.

Bununla belə, neftin bir hissəsinin artıq emal olunmuş formada Avropaya daxil olması faktı əslində qanunsuz deyil. Çünki emal olunmuş məhsullar hindistanlı sayılır. Eyni zamanda, Hindistanda Vadinar neft emalı zavodunun demək olar ki, 50%-i Rusiyanın Rosneft neft şirkətinə məxsusdur.

Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketində Moskvaya sanksiyalardan yayınmağa kömək edən bir sıra xarici şirkətlərə qarşı məhdudiyyətlərin olduğunu bildirib.

0.0241539478302