Vinisius "Real Madrid"i tərk edəcək?

Vinisius
 

Uzun müddətdir, ispan azarkeşlər tərəfəfindən irqçiliyə məruz qalan Vinisius Juniorun "Real Madrid"dəki gələcəyi bəlli olub. 

 Offsideplus.az xəbər verir ki, son olaylara rəğmən braziliyalı vinger "Kral klubu"ndan ayrılmağı düşünmür. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 

Yeni müqavilə bir neçə ay öncə imzalanıb. 

Qeyd edək ki, Vinisius ötən gün "Valensiya"ya qarşı La Liqa matçında qırmızı vərəqə ilə cəzalandırılmışdı. Rəqib azarkeşlər isə futbolçunun ünvanına irqçi şüarlar səsləndirmişdi.

0.012588024139404