Zelenski xarici səfərlərini buna görə artırıb – Polkovnik ŞOK DETALI açdı

Zelenski xarici səfərlərini buna görə artırıb – Polkovnik ŞOK DETALI açdı
 

“Dünyanın aparıcı agentliklərindən olan “Reuters” Vladimir Zelenskinin Baxmutla bağlı açıqlamasını düzgün təqdim etməmişdi. Dəqiqləşdirildi ki, Ukrayna silahlı qüvvələrinin əsgər və zabitləri Baxmutda ağır döyüşlər həyata keçirirlər. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bəyan edib ki, Ukrayna ordusu Baxmutu mühasirəyə alıb”.

Bunu Musavat.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Ekspert bildirib ki, Baxmut itirilsə belə, onu saxlamaq üçün Rusiyanın imkanları elə də böyük deyil:

“Nəzərə almaq lazımdır ki, Ukrayna ordusu artıq bəzi yerlərdə əks-hücum əməliyyatını keçirməyə başlayıb. Onlar tez bir zamanda Ukraynanın xeyli ərazisini, o cümlədən Baxmutu azad edəcəklər. Rusiyanın o imkanları yoxdur ki, Ukrayna ordusunun ən müasir silahları qarşısında duruş gətirə bilsin. Artıq “F-16”larla bağlı da məsələ həll olunub. Yaponiyanın Xirosima şəhərində keçirilən “Böyük Yeddiliy”in (G7) sammitində bu məsələ də öz müsbət həllini tapıb”.

Ehtiyatda olan polkovnik Ukrayna prezidenti Vladimir Zelenskinin xarici ölkələrə səfərlərindən də danışıb:

“Hesab edirəm ki, Zelenskinin xarici ölkələrə səfərlərinin artması normaldır. Zelenski Makronla, Şoltsla, dünyanın aparıcı 7 dövlətinin rəhbərləri ilə bir araya gəlib xeyli məsələləri həll etdi. Bütün bunlar Ukrayna ordusunun müasir silahlarla təchiz olunmasına hesablanıb”.

“Zelenskinin Putinlə masa arxasına oturması real görünürmü?” sualına Üzeyir Cəfərov belə cavab verib:

“Fikrimcə, Zelenskinin Putinlə masa arxasına oturması mümkünsüzdür. Çünki Ukrayna prezidentinin Putinlə bir araya gəlməmək barədə fərmanı var. Eyni zamanda düşünmürəm ki, Moskva Kiyevin şərtlərini qəbul etsin. Yaxın günlərdə Ukrayna cəbhəsindən çox maraqlı xəbərlər gələcək. Düşünürəm ki, Ukrayna ordusu tez bir zamanda aldığı yeni silahlarla, o cümlədən Zelenskinin Yaponiyada keçirdiyi görüşlərlə daha sürətli addımlar atacaq. Eyni zamanda yeni hərbi yardım paketi imzalanıb”.  

0.033895969390869