Peskovdan diqqət çəkən Ərdoğan açıqlaması: "İkisi də sözünün üstündə durur"

Peskovdan diqqət çəkən Ərdoğan açıqlaması:
 

"Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan böyük siyasi təcrübəyə malik çox ciddi siyasi fiqurlardır. Sözlərinin üstündə dururlar".

Paralel.az "Star" qəzetinə istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Rusiya Türkiyə münasibətlərini şərh edərkən deyib. O, Ərdoğan və Putinin populizmlə məşğul olmadığını vurğulayıb.

Kreml sözçüsü bildirib ki, hər iki lider öz xalqının rifahı üçün çalışır:

"Ən əsası, onlar qarşılıqlı faydalı ikitərəfli münasibətlərlə bağlı konkret məsələlərlə məşğul olurlar. Bu, iki ölkənin xalqı üçün vacibdir".

Billurə

 

0.030555963516235